IQNA

Bəhreyn xalqı `əl-Əqsa` məscidi və Əvamiyyə şiələrinə dəstək mitinqi keçirib

10:24 - July 30, 2017
Xəbər sayı: 3481918
Ötən gün Bəhreynin müxtəlif bölgələrində Səudiyyə Ərəbistanının Əvamiyyə şiələrinə, "əl-Əqsa" məscidinə və Ayətullah Şeyx İsa Qasimə dəstək məqsədilə mitinqləri keçirilib.
Bəhreyn xalqı `əl-Əqsa` məscidi və Əvamiyyə şiələrinə dəstək mitinqi keçirib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadlaxəbər verir ki, dinc aksiyalar ötən gün səhər və günün ikinci yarısında Bəhreynin əl-Musalla, Sar və digər bölgələrində keçirilib.

Bəhreynlilər əllərində Ayətullah İsa Qasimin, "əl-Əqsa" məscidinin və Əvamiyyə şəhidlərinin şəkillərini daşıyıb. Etirazçılar "əl-Əqsa" məscidində sionist İsrail rejiminin cinayətlərini, eləcədə SəudiyyəƏrəbistanı rejiminin Əvamiyyə bölgəsində şiələrə qarşı cinayətlərini pisləyib.

Aksiya iştirakçıları həmçinin Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimə öz dəstəklərini nümayiş etidirib.

Etirazçılar Ali-Xəlifə rejim həbsxanalarında olan məhbus qadın və kişilərlə də həmrəylik nümayiş etdirib onların sərbəst buraxılmasını tələb edib.

Teqlər: iqna ، quran ، namaz ، məscid ، İslam ، bəhreyn ، Əvamiyyə
captcha